13 noyabr 2017 20:49
681

Azərbaycanlı müəllifin əsəri Polşada rus dilində çap olunub

Daha çox detektiv romanlar müəllifi kimi tanınan Müşfiq XANın “Yalnızlığın bal ayı” (“Медовый месяц одиночества”) psixoloji-məhəbbət romanı Polşanın “Ridero” nəşriyyatında çap olunub.

Müəllif AZƏRTAC-a bildirib ki, “Müasir sevgi romanı” seriyasında rus dilində yayımlanan kitab nəşriyyatın Rusiya təmsilçiliyinin təşəbbüsü ilə işıq üzü görüb. Kitabın tərcüməçisi Narxanım Cəfərova, redaktoru Yelena Arslanova, rəssamı Pəri Miniatürdür.

Noyabrdan satışa çıxarılan romanın elektron versiyası da “Amazon.com”, “ЛитРес”, “ozon.ru”, “Books.ru” və digər məşhur onlayn kitab mağazalarında oxuculara təqdim olunub.

Bildirilib ki, bu, Azərbaycanda geniş oxucu marağına səbəb olan romanın rus dilində ilk nəşridir.