23 iyun 2017 19:00
1358

Formula 1 üzrə Azərbaycan Qran Prisinin ilk sərbəst yürüşünə yekun vurulub

Formula 1 üzrə Azərbaycan Qran Prisinin ilk sərbəst yürüşünə yekun vurulub. 

“Report”un məlumatına görə, ən yaxşı nəticəni “Red Bull” komandasının pilotu Maks Ferstappen göstərib - 1:44.410 s. 

Daniel Rikkardo (Red Bull) ikinci, Sebastyan Fettel (Ferrari) isə üçüncü olub. 

Qeyd edək ki, ikinci sərbəst yürüş saat 17:00-da, sonuncusu isə iyunun 24-də sıralama turundan 3 saat əvvəl saat 14:00-da olacaq. 

Xatırladaq ki, iyunun 25-də keçiriləcək Qran Pirinin həlledici mərhələsi saat 17:00-da start götürəcək.