12 iyul 2018 17:56
1281

Pakistanda törədilən terror aktına görə məsuliyyəti “Təhrik-e Taliban Pakistan” radikal qruplaşması öz üzərinə götürüb

Pakistanın Xayber-Paxtunxva əyalətinin Peşavar şəhərində kamikadzenin Avami Milli Partiyasının iclasında törətdiyi partlayış nəticəsində həlak olanların sayı 22 nəfərə çatıb, 60 insan xəstəxanalarda müalicə edilir, onların çoxunun vəziyyəti ağırdır.

Həlak olanlar arasında partiyanın lideri Harun Bilur və onun oğlu Daniyal Bilur da var.

Bu qanlı hadisəyə görə məsuliyyəti “Təhrik-e Taliban Pakistan” radikal qruplaşması öz üzərinə götürüb.