16 aprel 2018 15:04
944

Vatikan polisi keşişi həbs etdi

Vatikan polisi keşiş Karlo Alberto Kapellanı həbs edib.

Trend-in məlumatına görə, keşişin həbsinə səbəb uşaq pornoqrafiyasını əks etdirən materiallar saxlaması olub.

Bildirilir ki, daha öncə keşiş Müqəddəs Taxt-tacın ABŞ-dakı səfirliyində işləyib.

Vatikan onu 2017-ci ilin payızında geri çağırıb. Həmin vaxt ABŞ ölkə ərazisində keşişi məsuliyyətə cəlb etmək məqsədilə Vatikandan onun üzərindən diplomatik immunitetin götürülməsini istəmişdi.