29 iyun 2018 00:59
1798

Bu qidalar xərçəngə səbəb olur

Dünya Səhiyyə Təşkilatı kolbasa, sosis kimi ət məhsullarının siqaretlə eyni səviyyədə kanserogen olduğunu elan edib.

“Ölkə.Az” xəbər verir ki, alimlər xərçəngin qarşısını almaq və xəstəliyi uğurla müalicə etmək üçün şəkər yerinə bəhməz, xurma və əncir kimi qidalardan ifrata varmadan istifadə etməyi, fruktoz tərkibli qidalardan və palma yağından uzaq durmaq, əti gündəlik almaq, sosis, kolbasa kimi ət məhsullarından çox nadir hallarda istifadə etməyi məsləhət görür.

İşlənmiş ət məhsulları

Bu məhsullar xərçəng təsiri göstərən 4 önəmli maddə arasında ilk yerdədir. Hər gün kolbasa, sosi yeyənlərə Təşkilat xəbərdarlıq edir. Müntəzəm olaraq qəbul etmək xərçəng riskini 17% artırır. 

Palma yağı

Yapılan tədqiqatlar nəticəsində palma yağının xərçəng hüceyrələrinin yayılma sürətini 10 dəfə artırdığını üzə çıxarıb. Tərkibində palma yağı olan qidalardan da uzaq durun.

Fruktoza tərkibli şəkər

Hüceyrələrdə xərçəng yayılmasını artıran maddələr arasında fruktoza əsaslı şəkərlər də var. Bu qidaları həyatınızdan çıxarın və sağlam yaşayın.