12 iyul 2018 18:30
1539

DİM imtahanın nəticələri barədə məlumat yayıb

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 30-da keçirilən imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və müxtəlif ali təhsil müəssisələrini bitirmiş şəxslərin nəticələri barədə növbəti statistik məlumat yayıb.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1376 namizəddən 1231-i ali təhsil müəssisələrinə qəbul olunub. Bu şəxslərdən 492-si imtahandan uğurla keçib.

İmtahanlarda toplanan bal intervalları, bal intervallarına görə dövlət qulluğuna qəbul üzrə test imtahanından qeydiyyatdan keçənlərin və imtahanlarda uğur qazananların sayı, faiz göstəriciləri barədə məlumatı DİM-in internet səhifəsindən əldə etmək mümkündür. 301-400, 401-500, 501-600, 601-700 intervalında bal toplayanların müvafiq olaraq 35,4 faizi, 50,5 faizi, 48,7 faizi, 56,3 faizi test imtahanından uğurla keçib. Əvvəlki imtahanlarda olduğu kimi bu imtahanda da uğur qazananların faiz göstəricilərinin bal intervallarına mütənasib olaraq artımı müşahidə olunur.