18 iyul 2018 20:18
1231

İctimaiyyət nümayəndələri müəllimlərin işə qəbulu üzrə imtahanı izləyiblər

İyulun 18-də ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin keçirildiyi Azərbaycan Texniki Universitetinin İdman Kompleksinə mediatur təşkil edilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, mediaturda təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Milli Məclisin deputatları, media qurumlarının rəhbərləri və təhsil ekspertləri iştirak ediblər. Mediatur zamanı imtahanın gedişi yaxından izlənilib, bu proseslə bağlı fikir mübadiləsi aparılıb.

Bildirilib ki, müsabiqədə iştirak üçün müraciət edənlərdən 46839 namizədin elektron ərizəsi təsdiqlənib. Gün ərzində 4 min nəfərə yaxın şəxsin imtahan verməsi üçün hər cür şərait yaradılıb.