12 sentyabr 2018 21:51
2088

Tomas Qreminger: Minsk qrupunun fəaliyyətini dəstəkləyirik

Biz ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fəaliyyətini dəstəkləyirik.

Trend-in məlumatına görə, bunu ATƏT-in Baş katibi Tomas Qreminger Bakıda jurnalistlərə açıqlamasında deyib.

Baş katib qeyd edib ki, vasitəçilər fəaliyyət göstərirlər, lakin münaqişə tərəflərinin siyasi iradəsi olmalıdır ki, problemin həlli istiqamətində irəliləyişə nail olunsun.