19 sentyabr 2018 16:21
2131

SOCAR qazma əməliyyatları üçün nəzərdə tutulan məbləğin bir hissəsini əldə edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) qazma əməliyyatları aparılması üçün dövlət büdcəsindənayrılması nəzərdə tutulan 663,2 mln. manat məbləğin 1/3-ni artıq əldə edib.

"Report" xəbər verir ki, bunu SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.

Onun sözlərinə görə, bu məbləğ "Ümid”, “Qarabağ” və “Babək” neft yataqlarında qazma işləri üçün istifadə olunub.