19 sentyabr 2018 18:06
1916

Daha bir kəndə təbii qaz verilib

Qax rayonunun Meşəbaş kəndinə ilk dəfə təbii qaz verilib.

“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, 90 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 7 105 metr müxtəlif diametrli metal borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.