20 sentyabr 2018 22:11
1896

Meksika körfəzində neft sızmasının yaratdığı qalmaqal

Federal hökumət vəkilləri  14 ildir ki , Meksika körfəzinə sızan neftin  vəziyyəti gündən günə  daha da çətinləşdirdiyini bildiriblər.

“Taylor Enerji” şirkətinin iştirakı  ilə aparılan məhkəmədə  2004-cü ildə  baş verən  güclü qasırğa zamanı dağılmış  qazma platformasının ətrafındakı  quyulardan  gündəlik 10000-30000 qallon neftin  sızdığını  iddia edib.

“İki sahil” orlandosentinel.com saytına istinadən xəbər verir ki, ABŞ-ın Sahil  Gözətçiliyi  7 ay ərzində ərazidən  təxminən 16 min litr neft sızması xəbərini təsdiqləyib.  

Tədqiqatçılar ərazidəki  sızan neftdən  nümunələr götürüblər və nəticələr tezliklə açıqlanacaq. Platformanın yaxınlığındakı sızan  quyuların  bəzilərinın   sementlənərək qapadılmasına baxmayaq , sızmanın artma ehtimalının qacılmaz olduğu deyilir.

Qeyd edək ki, son iki ildə ərazidə sızmadan sonra sürüşmə halları artıb.   Qərərgahı  Nyu-Orleanda yerləşən “Taylor” şirkəti nin sözcüsü  Todd Raqusa hökumətin sızmanın həcmini artıq qeyd etdiyini, şirkətin bu qiymətləndirməyə qarşı çıxdığını və məhkəmədə bunu subut edəcəyini söyləyib.

Xatırladaq ki, 2008-ci ildə baş verən sızma hadisəsinə görə, hökumət şirkəti 666 milyon dollar dəyərində cərimələsə də, şirkət  bu məsələdə səlahiyyətli dövlət rəsmiləri  ilə mübahisə edərək cərimə  olaraq ödədiyi 423 milyon dolları geri alıb.