30 oktyabr 2018 22:49
2487

Sızmaya nə səbəb olub?

Pakistanın səlahiyyətli nümayəndələrinin verdikləri məlumata görə,  Karaçi  liman şəhərinin cənubundakı sahilin  1.5 kilometrliyində  baş verən neft sızmasından sonra ərazidə təmizlənmə  əməliyyatlarına başlanılıb.

“Word Wildlife” fondunun  direktoru Moazam Xan neft izlərinin   ərazinin 8 kilometrliyində aşkar olunduğunu  və dəniz canlılarına təsirsiz ötüşmədiyini bildirib.  Yerli sakinlər  sızmaya zavodun yaxınlığında yerləşən sualtı boru xəttinin səbəb odğunu güman edirlər. Lakin  Pakistanın Dəniz Təhlükəsizliyi Agentliyinin sədri  Mohammad Abid  tədqiqatların aparıldığını, lakin sızmanın mənbəyinin hələ təyin olunmadığını qeyd edib.

“İki sahil” abcnews.go.com saytına istinadən xəbər verir ki,  zavod hələlik sızmaya səbəbin  olduğunu inkar edir.