31 oktyabr 2018 18:45
1858

Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!

Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” şüarı altında payız ağacəkmə aksiyası keçirir. Aksiyaya paytaxtın Suraxanı rayonunun 316 nömrəli tam orta məktəbi də qoşulub.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, müəllim və şagirdlərinin iştirakı ilə bu məktəbin həyətyanı sahəsində keçirilən tədbirdə çoxlu sayda müxtəlifcinsli ağac əkilib.

Nazirlik ağacəkmə aksiyalarına qoşulanlara öz minnətdarlığını bildirir.