31 oktyabr 2018 21:42
2074

Dövlətçiliyimizi yeni mərhələyə yüksəldən Lider

Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı «Neft Daşları» NQÇİ ərazi ilk partiya təşkilatında 31 oktyabr - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin andiçmə mərasiminin 15 illiyi ilə əlaqədar «Dövlətçiliyi yeni mərhələyə yüksəldən lider» mövzusunda «dəyirmi masa» keçirilib. Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədr müavini, "Neft Daşları" NQÇİ-nin  rəisi və ərazi ilk partiya təşkilatının sədri Qoçalı Mahmudov bildirib ki, ötən 15 il müddətində dövlət başçısı Azərbaycanda müstəqil dövlət quruculuğunu bütün sahələr üzrə sürətli inkişafa doğru apara bilib.

"Neft Daşları NQÇİ" ərazi ilk partiya təşkilatının sədr müavini, "Neft Daşları" NQÇİ-nin Sosial inkişaf şöbəsinin rəisi Əhməd Musayev sosial sahədə uğurlu dövlət siyasətinin həyata keçirildiyini qeyd edib. Tədbir iştirakçıları 15 il ərzində keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdən, Prezident İlham Əliyevin müstəqilliyimizin qorunmasında və inkişaf etdirilməsində misilsiz xidmətlərindən danışıb, müstəqilliyimizin daimi və əbədi olacağına inamlarını ifadə ediblər.

Orxan Vahidoğlu, «İki sahil»