31 oktyabr 2018 21:59
2509

Qrip fəslindən necə qorunmaq olar?

Mütəxəssislər hesab edirlər ki, oktyabr ayından mart ayına qədərki dövr respirator infeksiyanın ən təhlükəli dövrləridir.

Hamıya məlum olduğu kimi,  qrip virusu daim şəklini dəyişən bir xəstəlikdir. Onun iki tipi mövcüddur: A tipi və B tipi. Hansı ki, demək olar ki, insan ildə bir dəfə də, olsa bu xəstəliyə yoluxur. Bundan başqa, virus mebellərin, geyimlərin, oyuncaqların və hətta qabların üzərinə də qona bilir. Buna görə də, bir evdə qripə yoluxmuş biri ilə olduğunuz zaman virusa tutulmamaq qaçılmazdır.

Qripə yoluxmuş insanı izolyasiya etmək lazımdır: ona ayrıca otaq ayırmaq lazımdır. Bilmək lazımdır ki, qrip virusu uçma qabiliyyətinə malikdir, buna görə də xəstənin otağını tez -tez havalandırmaq lazımdır. İnsan xəstə olan zaman qablarını ayırmalıdır.

Hesab olunur ki, ən çox qripə uşaqlar, yaşlı insanlar və hamilə qadınlar yoluxur.

Buna görə də  profilaktik vasitələrədən istifadə etməyi unutmayın. Yaxşı istirahət və qidalanma, təmiz havada gəzinti və idmanla məşğul olmağı h unutmayın. İlk əlamətləri hiss etdiyiniz zaman həkimə müraciət etmək lazımdır. Qripi ayaq üstə keçirmək olmaz.

 Həkimlərin məsləhətinə görə, qripin qarşısını almaq üçün hər gün evdə təmizlik işləri aparılmalı,  otaqlar havalandırılmalıdır. İstifadə olunan əşyaların səthləri silinməlidir. Məsələn, telefon,  klaviaturaların, qapı tutacaqlarının və s. Evin hər yerinə doğranmış soğan və sarımsaq qoyulmalıdır. Lakin onlardan çox yemək isə, mədəyə ziyan verə bilər. Soğan və ya sarımsaq suyunu buruna damcılamaq olmaz. Soğan və sarımsaq suyu burnun selikli qişasını yandıra bilər.

Burnu quru saxlamaq olmaz, onu dəniz suyu ilə yumaq məsləhətdir. Unutmayın ki, agızdan nəfəs aldığınız zaman burnun  selikli qişası quruyur, nəticədə isə mikrotravma əmələ gəlir. Kağız salfetlərdən istifadə edin və həmin dəqiqə də atın. Mütləq şəkildə də əllərinizi yuyun.

Bir çoxları yoluxmaqdan qorxaraq maskadan istifadə edir, lakin düzgün istifadə qaydasını bilmirlər. Maskalar hər iki saatdan bir dəyişdirilməlidir. Belə olmadıqda onun altında quruluq və istilik əmələ gəlir, hansı ki, bu zaman bakteriyalar və digər mikroorqanizmlər yaxşı çoxala bilirlər.

Xəstəyə yataq şəraitində tez -tez isti içkilər içirtmək məsləhət görülür. Müalicəni yalnız həkim təyin etməlidir. Diqqət yetirin: həkimin nəzarəti mütləqdir. Qrip kəskin ağırlaşmalara səbəb ola bilər.

Könül Əliyeva, “İki sahil”