23 iyun 2017 00:06
511

Dağlıq Qarabağda turizm narkobiznesə və iyrənc məqsədlərə xidmət edir

Dünya Turizm Təşkilatı Ermənistanın Azərbaycanın səfalı yerlərinə təşkil etdikləri turist səfərlərini qətiyyətlə pisləyib. Təşkilatın açıqlamasına görə, işğal altında olan və daim müharibə təhlükəsi gözlənən məkanlarda turizmin təşkili və təbliğatı yolverilməzdir.

Ancaq həyasızlıqda bədnam ad qazanmış ermənilər heç kəsin sözünü saya almır, özgə torpaqlarında özlərini ev yiyəsi kimi aparır, oğurluq, qarət, talan və digər qanunsuz əməllər törətməkdə davam edirlər. Erməni işbazları, xarici ölkələrdən gələn pullu ermənilər və ya erməni əsilli əcnəbilər Azərbaycanın təbii sərvətləri hesabına özlərinə varidat toplayırlar. Onlar ölkəmizin işğal etdikləri ərazilərindəki turizm üçün əsrarəngiz guşələrinə xaricilərin səfərlərini təşkil edirlər. Bu iş nə qədər çətin olsa da, ermənilər ona nail olmağa çalışırlar.

Ermənilər öz məkrli məqsədləri üçün Azərbaycanın Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan və işğal altında qalan başqa rayonlarında bizim səhiyyə, təhsil, mədəniyyət və qədim tarixə malik abidələrimizdən istifadə edirlər. İlk növbədə adları dəyişərək erməniləşdirir, yalançı tarix uydurur və oraya gələn turistləri aldadırlar.

Ermənilər bu məsələdə bir neçə hədəfə çatmağı planlaşdırırlar. Birincisi, işğal etdikləri ərazilərin qədim erməni torpağı olmasını qəbul etdirmək, ikincisi, boşaltdıqları yaşayış məntəqələrinə xaricdən ermənilərin kütləvi köçürülməsinə şərait yaratmaq və nəyin bahasına olursa-olsun bu yerlərdə erməni ailələrinin məskunlaşmasını möhkəmlətmək. Turizmdən pul qazanmaq isə onlar üçün sonuncu məqsəddir.

Hazırda rayonlarımızda erməni adları daşıyan otellər, hostellər, sanatoriyalar və s. üzdəniraq qonaqlarını gözləyir. Ağlı başında olan xarici ermənilər təbliğata fikir verməyərək bu yerlərə gəlmirlər. Ancaq tət-tək pul hərisləri və ya qanı zəhərlənmiş ermənilər Azərbaycan torpaqlarına məkrli məqsədlərlə gəlirlər. Fransa vətəndaşı olan Armen adlı bir şəxs rumıniyalı arvadı Kristina ilə Şuşada bir neçə boş evi təmir edərək otel biznesinə girişiblər. İrəvan şəhərinin sakinləri, gənc ailə Mxitar və Armin də Şuşaya köçərək boş qalmış azərbaycanlı evlərini təmir edərək turistlərə icarəyə verib pul qazanırlar. Xüsusilə erməni işbazlar xəbis niyyətlərinə çatmaq üçün fəallıq göstərirlər. Laçın rayonunun Soltanlar kəndində Soltan Əhməd sarayının binasını "Melikatun hostel"ə çeviriblər. Şuşada bizim vaxtilə tikib istifadəyə verdiyimiz və soydaşlarımızın dincəlib müalicə olunduqları sanatoriyalarda indi ermənilər təmir-bərpa işləri aparırlar. Ağdərə şəhərinin mərkəzində "Artsakh" hosteli istifadəyə verilib. Onlar heç utanmadan bizim tarixi abidələrimizə yarlık yapışdıraraq turistlərə öz tarixi abidələri kimi təqdim edirlər. Bütün dünya bilir ki, ermənilər belə işlərdə çox pərgardırlar. Qədim və orta əsrlərdə tikilmiş alban kilsələri və alban əlifbası ilə yazılmış daş kitabələr spekulyasiya etməkdə ermənilərin karına gəlir. Onlar qədim albanların xaçını öz xaçları kimi sırımaqdan da çəkinmirlər. Halbuki tarixdən bir az məlumatı olanlar yaxşı bilirlər ki, erməni xaçı ilə albanların xaçı arasında böyük fərq var və ilk baxışda belə diqqəti cəlb edir. Ancaq xəbis və inadkar ermənilər həmin fərqləri də inkar edirlər.

Baxmayaraq ki, ermənilər özlərini oda-közə vurub bizim dilbər guşələrimizə xaricdən turist cəlb etməyə çalışırlar, ancaq nəticəsi məyusedici olur. İstənilən an Azərbaycan Ordusunun artilleriya zərbələri ilə darmadağın oluna bilən yerlərə heç kim gəlmək istəmir. Müharibə risqi hətta yerli ermənilərin özlərini daim gərginlikdə saxlayır, çünki məchul təhlükə Dağlıq Qarabağın üzərində "Damokl qılıncı" kimi asılıb. Məlumata görə, Dağlıq Qarabağ ərazisində yaşayan 30 min əhalidən orada 15 minə qədəri qalıb. Onlar ciddi güc strukturlarının nəzarətində saxlanırlar, bunlar qaçmağa yol tapa bilməyən imkansızlardır. Bu adamlar özlərini ölümə məhkum edilmiş cinayətkarlar kimi hiss edirlər.

Ermənistan hökumətinin bütün şirnikləndirici tədbirlərinə baxmayaraq bir neçə il əvvəl Suriyadan, Livandan, Rusiyadan köçüb gəlmiş ailələr artıq geri qayıdırlar. Təmas xəttinə yaxın zonalarda dinc əhali yaşamır. İriçaplı silahların gurultusu, Azərbaycan Ordusunun ermənilərin təxribatlarına tutarlı cavabları onları burada yaşamaqdan bezdirib.

Bəs Dağlıq Qarabağda duruş gətirənlər və təsadüfi turistlər kimlərdir? Demək olar ki, buranın əsas sakinləri Ermənistandan gətirilmiş hərbçi kontingent, muzdlu xarici qatillər və torpaqlarımızın sərvətlərini talayan xarici işbazlar, narkotik biznesi ilə məşğul olanlar və bir də burada müvəqqəti mövsümi əxlaqsızlıq yuvaları açanlar. Qısaca desək, ermənilər bizim halal torpaqlarımızda murdar yuvalarla dolu kriminal aləm yaradıblar. Keçən ilin aprel döyüşlərindəki məğlubiyyətindən sonra Ermənistanda əvvəlki ümumi müsbət əhval-ruhiyyə qalmayıb. Artıq düşmənlərimiz başa düşüblər ki, Zori Balayan və onun kimi iyrənc ideoloqların, işğalçı hakimiyyətin Azərbaycan torpaqlarında törətdikləri qanlı cinayətlərə görə haqq-hesab verəcəkləri gün yaxınlaşır.

Vəli İlyasov, “İki sahil"