03 iyul 2018 18:04
1253

"Azərkosmos" bu ilin ilk 5 ayında 11 mln. dollar gəlir əldə edib

"Azərkosmos" ASC bu ilin yanvar-may aylarında dünyanın 19 ölkəsinə peyk telekommunikasiya və optik peyk xidmətləri göstərib. 

"Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramin Hüseyn deyib. 

Onun sözlərinə görə, şirkət bu ilin ilk 5 ayında peyk və telekommunikasiya xidmətlərinin ixracından 11 mln. ABŞ dolları məbləğində gəlir əldə edib. Bunun 1,6 mln. dolları mayda əldə olunub.