22 yanvar 2018 22:26
1782

ABŞ fləş-kart ölçüsündə kompüter təqdim edib

ABŞ-ın “Q-Stick” şirkəti adi fləş-kart ölçüsündə kompüter hazırlayıb. Mini-qadcet yeddi saniyə ərzində “Windows”, “Android” və ya “Linux” əməliyyat sistemini işə salaraq, istənilən televizoru fərdi kompüterə çevirməyə imkan verir.

AZƏRTAC “rambler.ru” saytına istinadla xəbər verir ki, qurğu “Intel HD” qrafikasını, həmçinin 4K yayımını dəstəkləyir. Bundan başqa, kompüter 8 Gb əməli yaddaş, Bluetooth 4.1, Wi-Fi, bir neçə USB-konnektor və yaddaş kartı konnektoru ilə təchiz edilib.

Göy və qırmızı rənglərdə əlçatan olan “Q-Stick” kompüterini “Indiegogo” kraudfandinq (layihənin reallaşdırılması məqsədilə geniş kütlələrdən maliyyə cəlb olunması mexanizmi) platformasından əldə etmək olar. Qurğunun baza versiyasının qiyməti 129 dollardır. “Blaze Pro” isə alıcılara 179 dollara başa gələcək.