14 noyabr 2017 21:21
825

MTRŞ xəbər televiziya kanalının yaradılması ilə bağlı müsabiqə elan edib

Noyabrın 14-dü Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

Şuradan AZƏRTAC-a bildiriblər ki, iclasda xəbər televiziya kanalının yaradılması barədə müzakirələr aparılıb və ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə Bakı və Abşеrоn ərazisində 31-ci tеzlik rеsursuna 2017-ci il noyabrın 16-dan dekabrın 16-dək müsabiqə elan edilib.

İclasda, həmçinin Dalğa TV-nin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb və ona peyk yayımı üçün müddətsiz lisenziya verilməsi barədə qərar qəbul edilib.