11 avqust 2017 21:14
401

İlk robot bitki

“Practical Plantoid Robotics” startap-şirkəti asan yığılan orqanik robot üçün detallar dəstini təqdim edib. Bitki və elektronikadan ibarət olan “Plantoid” adlı qurğu əsl bitki kiborqu kimi görünür.

Şirkət nümayəndələri bildiriblər ki, layihənin məqsədi sensorlar vasitəsilə robotda yerləşdirilmiş bitkinin həyatını təmin etməkdir. Qurğu maraqlı sınaqları yerinə yetirə biləcək. Məsələn, digər planetlərə özü ilə həyat gətirəcək və ya əlverişsiz ətraf mühitdə ekoloji sabitliyi modelləşdirəcək.

AZƏRTAC popmech.ru saytına istinadla xəbər verir ki, layihə “Kickstarter” platformasında hələlik təxminən 500 dollar toplayıb. Sentyabrın 9-dək lazımi məbləğ (5000 dollar) yığılarsa, layihəyə sponsor dəstək verəcək. Startap uğur qazanarsa, 2018-ci ilin fevral ayında qurğu satışa çıxarılacaq.