14 avqust 2017 23:37
209

Üçüncü ixtisas qrupu üzrə 8 min 901 gənc qəbul edilib

Ali təhsil müəssisələrinə üçüncü ixtisas qrupu üzrə 8 min 901 gənc qəbul edilib

2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə (birinci mərhələdən sonra) III ixtisas qrupu üzrə 8 min 901 gənc qəbul edilib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, həmin gənclərdən 8 min 205 nəfəri Azərbaycan bölməsinə, 696 nəfəri isə rus bölməsinə qəbul olunub.

Plan yeri 91,34 faiz dolub.