19 sentyabr 2017 21:18
599

Xəzər rayonu ərazisində anbarda yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakının Xəzər rayonu ərazisində anbarda yanğın başlayıb.

FHN-dən bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və texnikası hadisə yerindədir. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.