22 noyabr 2018 16:48
2504

Birləşmiş Ştatların neft ehtiyatları rekord həddə çatıb

ABŞ-ın neft ehtiyatları 447 milyon barrelə çatır.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 4,9 milyon barrel artaraq 446,91 milyon barrelə yüksəlib. Bu, 2017-ci ilin dekabrından indiyədək maksimum göstəricidir.

Bazar proqnozları isə ehtiyatların 2,9 milyon barrel çoxalacağı istiqamətində idi. Əvvəlki həftə ölkənin neft ehtiyatları 10,3 milyon barrel artmışdı.

ABŞ-ın benzin ehtiyatları ötən hesabat həftəsində 1,3 milyon barrel azalaraq 225,3 milyon barrel olub. Bazar proqnozları da ehtiyatların barrel azalacağı istiqamətində idi.