19 oktyabr 2017 01:12
559

AYİB TANAP layihəsinə 500 milyon dollar kredit ayırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Transanadolu boru kəməri (TANAP) layihəsinin reallaşdırılması üçün 500 milyon dollar həcmində kredit ayrılmasını təsdiqləyib.

Trend bu barədə banka istinadən məlumat verir.

Qeyd olunur ki, bu vəsait “Cənub Qaz Dəhlizi” QSC-yə təqdim olunacaq.