12 aprel 2018 21:10
1023

Məleykə Abbaszadə İsmayıllıda vətəndaşları qəbul edəcək

Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri İsmayıllıda vətəndaşları qəbul edəcək

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə aprelin 20-də İsmayıllı rayonunda vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-da İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti, 61) keçiriləcək.

Qəbulda İsmayıllı rayonu ilə yanaşı, Şamaxı, Qəbələ, Qobustan rayonlarının sakinləri, həmçinin bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların DİM-in internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Göyçay Regional Bölməsinə şəxsiyyət vəsiqəsi ilə birlikdə (ünvan: Göyçay şəhəri, R.İsayev küçəsi, 43) müraciət etmələri (əlaqə telefonu: (020)2746674) xahiş olunur.

Bundan əlavə, qeydiyyata yazılmaq istəyənlər İsmayıllı, Şamaxı, Qəbələ, Qobustan rayon təhsil şöbələrinə müraciət edə bilərlər.

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.