23 yanvar 2018 15:26
1181

Talassemiya Mərkəzi publik hüquqi şəxs edildi

Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda etdiyi dəyişikliklər əsasında Talassemiya Mərkəzi publik hüquqi şəxs edilib.

Trend-in məlumatına görə, yeni dəyişiklik əsasında Talassemiya Mərkəzinin adı siyahıdakı "Büdcədən maliyyələşən müəssisələr” bölməsinin “ Tibbi mərkəzlər və birliklər” hissəsindən çıxarılıb.

Qeyd edək ki, NK-nın bundan əvvəlki qərarı ilə Bakı Sağlamlıq Mərkəzi publik hüquqi şəxs edilmişdi.