18 yanvar 2018 19:54
1042

Kitabxanada humanitar aksiya

Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Mərkəzi Elmi Kitabxanada humanitar aksiya keçirib

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında humanitar aksiya keçirib.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, daha öncə Səyyar Klinika Azərbaycan Milli Elmlər Akademiyasının 380 əməkdaşlarını müayinə edib. Tədbirdə çıxış edən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi-təşkilat bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva mərkəzin həyata keçirdiyi aksiyalar haqqında məlumat verib: “Bu tədbirlər Prezident İlham Əliyevin səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin tərkib hissəsidir. Artıq Azərbaycanın səhiyyə sahəsində, xüsusilə də oftalmologiyada bir çox yeniliklər əldə edilib. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin bütün filialları, eləcə də Səyyar Klinikası ən müasir avadanlıqlarla təchiz olunub. Mərkəzdə fəaliyyət göstərən kollektivi təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlardır. Səyyar Klinikası mütəmadi olaraq respublikanın müxtəlif regionlarına səfərlər edir, vətəndaşlarımızı gözlə bağlı problemlərini həllinə öz köməkliyini göstərir”.

Aksiya çərçivəsində kitabxananın 120 əməkdaşı müayinə olunub.

Qeyd edək ki, fəaliyyət müddəti ərzində Səyyar Klinika respublikanın 92 rayon və şəhərində 130-dan çox aksiya keçirib.