26 sentyabr 2017 22:33
675

“Ağıllı” geyim üçün elastik günəş panelləri hazırlanıb

Yaponiyalı alimlər qrupu tərəfindən hazırlanmış elastik və sukeçirməz günəş panelləri müxtəlif sensorlarla təchiz edilmiş “ağıllı” geyim istehsalında geniş tətbiq oluna bilər.

AZƏRTAC “science.az” saytına istinadla xəbər verir ki, alimlər panellərdə aktiv qat kimi orqanik polimerlərdən istifadə ediblər. Elementlər su və oksigenin təsirindən müdafiə üçün parilen adlı polimerlə örtülüb. Panellərin səmərəliliyi 7,9 faiz təşkil edir. Bu göstərici isə “ağıllı” geyimə quraşdırıla bilən sağlamlıq monitorinqi sensorlarının enerji ilə doldurulması üçün panellərdən istifadəyə imkan verir.