22 sentyabr 2017 19:58
713

TPAO Trakya bölgəsində neft axtaracaq

“Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti Trakya bölgəsində neft axtaracaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin Neft İşləri İdarəsi məlumat yayıb. Bildirilir ki, TPAO-ya Kırklareli və Tekirdağ ərazisində neft axtarışı üçün lisenziya verilib.

Qeyd edək ki, TPAO-nun xaricdəki istehsal fəaliyyətlərində 77 faizlə ilk yeri Azərbaycandakı layihələri tutur. TPAO “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrində 19 faizlik, Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsində 6,8 faizlik, “BTC Ko.”da isə 6,53 faizlik paya sahibdir.