22 sentyabr 2017 19:54
545

Əmək yarmarkasında 72 nəfər işə göndəriş alıb

Beyləqanda keçirilən əmək yarmarkasında 72 nəfər işə göndəriş alıb

Beyləqan rayonunda əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə növbəti əmək yarmarkası keçirilib.

AZƏRTAC xəbər verir ki, rayon Məşğulluq Mərkəzinin direktoru Mansur Tağıyev, Dövlət Məşğulluq Xidmətinin nümayəndəsi Rəşad Əsgərli və başqaları yarmarkanın açılışında çıxış edərək, əhalinin məşğulluğunun təmin olunması, yoxsulluğun aradan qaldırılması, yeni iş yerlərinin yaradılması məqsədilə həyata keçirilən tədbirlərdən danışıblar.

Gənclər Mərkəzində keçirilən əmək yarmarkasına 18 idarə, müəssisə və təşkilat tərəfindən 182-si daimi, 12-si mövsümi olmaqla, 194 boş iş yeri çıxarılıb. Boş iş yerlərinə görə 120-486 manat məbləğində əməkhaqqı təklif edilib.

Yarmarkada iştirak edən 200-dən çox işaxtaran vətəndaşdan 72 nəfəri öz istəyinə və ixtisasına uyğun işə göndəriş alıb.