22 sentyabr 2017 17:27
571

2020-ci ilədək neftin qiyməti kəskin arta bilər

Beynəlxalq Enerji Agentliyi: 2020-ci ilədək neftin qiyməti kəskin arta bilər

AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarları üzrə nümayəndəsi Neil Atkinson deyib. O bildirib ki, dünya bazarında neftin qiymətinin müəyyən mənada bahalaşmasına baxmayaraq, neft sənayesinə yatırılan investisiyaların həcmində artım müşahidə edilmir. Yeni layihələrə xərclərin artmaması 2020-ci ilə qədər neft qiymətlərində kəskin artıma gətirib çıxaracaq.