22 sentyabr 2017 16:40
862

“SOCAR Methanol” bu il 200 min ton metanol istehsal edib

“SOCAR Methanol” MMC bu il 200 min ton metanol istehsal edib.

AZƏRTAC xəbər ki, SOCAR-ın törəmə şirkəti olan “SOCAR Methanol”un idarəçiliyi altında yüksək məhsuldarlıq göstərərək fəaliyyətini uğurla davam etdirən metanol zavodu qarşıya qoyulan hədəflərə çatmaqdadır. Belə ki, cari il üçün 250 min ton istehsalı planlaşdırılan zavod artıq planın 80 faizini yerinə yetirərək 200 min ton metanol istehsal edib.