19 sentyabr 2017 18:57
490

Milli Məclisin komitə iclasında bir sıra məsələlər müzakirə edilir

Sentyabrın 19-da Milli Məclisin mədəniyyət komitəsinin iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Rafael Hüseynov gündəlikdəki məsələlər haqqında məlumat verib.

Əvvəlcə mədəniyyət komitəsində 2017-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabat dinlənilib.

Sonra deputatlar mədəniyyət komitəsinin 2017-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planı haqqında fikirlərini səsləndiriblər.

İclasda, həmçinin “Muzeylər haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişikliklərin edilməsi barədə qanun layihələri müzakirə edilir.