05 iyul 2017 18:22
293

Tətil başladı, öyrənmək isə davam edir

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) təşkil olunan yay məktəbində müəllimlərimiz qeyri-formal təhsil vasitəsilə peşə səriştələrini artırırlar.

TİPİİ-dən AZƏRTAC-a bildiriblər ki, yay məktəbində müəllimlər müasir təhsilin fəlsəfəsi, hiperaktiv uşaqlarla işin təşkili metodikası, didaktik oyunlardan istifadə, qeyri-ənənəvi rəsmçəkmə texnikaları, dərsin planlaşdırılması, sinfin idarəedilməsi və bu kimi mövzularda nəzəri və praktik biliklər qazanırlar.

Moderatorlar yay məktəbinin əyləncəli keçməsi üçün səylə çalışırlar.