14 avqust 2017 20:16
285

“ADNSU Yay məktəbi - 2017” başa çatıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Beynəlxalq əməkdaşlıq şöbəsinin və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təşkilatçılığı ilə keçirilən “ADNSU Yay məktəbi - 2017” başa çatıb.

ADNSU-dan bildiriblər ki, iyulun 31-dən avqustun 11-dək keçirilən yay məktəbində Azərbaycan, Almaniya, Türkiyə, Peru və İtaliyadan olan 21 tələbə yerli mütəxəssislər tərəfindən “Postneft dövrünün iqtisadiyyatı” mövzusunda aparılan mühazirələrdə iştirak edib.

Eyni zamanda, iştirakçılar mədəni tədbirlərə qatılıblar. Onlar Heydər Əliyev Mərkəzində olub, ayrı-ayrı muzeylərdə, Şəki şəhərində ekskursiyalarda iştirak ediblər.

Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Cəmilə İsmayılzadə “ADNSU Yay məktəbi - 2017”nin uğurla keçdiyini bildirib. C.İsmayılzadə vurğulayıb ki, yay məktəbinin iştirakçıları ölkəmizin iqtisadiyyatı, mədəniyyəti haqqında çox əhəmiyyətli məlumatlar əldə ediblər.

Yay məktəbi DAAD-ın dəstəyi ilə “Şüvəlan qəsəbəsində A.S.Makarenko adına Humanitar Fənlər Gimnaziyasında keçirilib.