04 dekabr 2017 16:41
1245

"Autosport Awards" "Formula-1" üzrə ilin ən yaxşı pilotunun adını açıqlayıb

"Formula-1"də "Mercedes" komandasının pilotu olan Lyuis Hemilton illik "Autosport Awards" mərasimində iki mükafat qazanıb.

"Report" "Russia Today"ə istinadən xəbər verir ki, tamaşaçıların səsverməsi nəticəsində Hemilton 2017-ci ilin ən yaxşı pilotu nominasiyasında qalib olub. O, həmçinin ən yaxşı britaniyalı pilot mükafatını qazanıb.

Qeyd edək ki, bu, Hemilton üçün beşinci "ilin ən yaxşı pilotu" mükafatıdır.