15 yanvar 2018 16:44
1091

Novak: "OPEC+ anlaşmadan yumşaq çıxışı müzakirə edəcək"

OPEC monitorinq komitəsi yanvarın 21-də Omanda keçiriləcək iclasda neft hasilatının azaldılması barədə anlaşmadan yumşaq şəkildə çıxışı müzakirə edəcək. "Report" "Investing.ru" saytına istinadən xəbər verir ki, bu açıqlamanı Rusiyanın  energetika naziri Aleksandr Novak verib.

"Anlaşmadan çıxmağa hazırlıq gedirmi" sualına Novak belə cavab verib: "Konkret olaraq hazırlıq getmir, ancaq nazirlər bunu müzakirə edir. Əgər konsensus əldə etsək, qərar qəbul edəcəyik". Nazir həmçinin bildirib ki, iclasda neft qiymətləri, neft bazarı və cari tələb-təklif balansı müzakirə ediləcək.

"Qiymətlərə baxacağıq, onların uzunmüddətliliyi və fundamental surətdə bazardakı tələb və təklif nəzərdən keçiriləcək. Düşünürəm ki, Omanda keçiriləcək iclasda bütün bunları müzakirə etməyə vaxt olacaq", - deyə nazir əlavə edib.