04 iyun 2019 10:43
202

1000 ildən sonrakı bəşəriyyət

Dünya sürətlə dəyişməkdə davam edir və texnologiyalar həyatımızın ayrılmaz hissəsi olur. 50 il bundan qabaq heç kəs təsəvvür belə edə bilməzdi ki, elektronika və qadjetlər bu qədər güclü şəkildə həyatımıza daxil olacaq. 100 il bundan qabaq insanlar nəinki kosmosa, heç havada uçmağa inanmırdılar.

Gəlin genetika tərəfə baxaq: cəmi 150 il müddətində orta ömür müddəti 45 yaşdan 65 yaşa qədər yüksəlib. İnsanın boyu  10 - 15 santimetr artıb. Bəs 1000 ildən sonra necə olacaq?  Rəqəm nəhəngdir, bizim bütün sivilizasiya artıq 10 min ildir mövcuddur. Gələcək haqqında proqnoz vermək çox çətindir, lakin 1000 ildən sonra insanların necə olacağı həddindən artıq maraqlıdır.

Tədqiqatçıların proqnozuna görə, artıq 2050-2070-ci illərdə insan beyninə bərabər gücə sahib olan kompyuterlər istehsal etmək mümkün olacaq. Belə bir vasitənin insanlar üçün təhlükəli olub-olmamasını söyləmək çətindir.

Gələcəkdə insan kompyuterlə birlikdə vəhdət təşkil edəcək. Beyinə yerləşdirilən elektron çiplər, ağırlıq qaldıra bilən ekzoskletlər, orqanizmdə toxumaları bərpa edə biləcək nanobotlar və s. bütün bu fantaziyalar real olacaq.

Bu gün ən vacib faktorlardan biri maddələr mübadiləsidir. Əgər iki insan eyni qidanı yesə və onlar daha arıq olsalar, maddələr mübadiləsi daha sürətli olsa  onlar uzunömürlü olacaqlar. Artıq çəki sağlamlıqla əlaqədar çoxlu sayda problem deməkdir. Lakin sürətli maddələr mübadiləsi ömrü uzatmaq deməkdir.

Gələcəkdə insanlar təkcə arıq deyil, həmçinin uzunboylu olacaqlar. Son 150 ildə bizlər 10 santimetr uzun olmuşuq və bu proses həyat şərtlərinin yaxşılaşması ilə əlaqəli olaraq davam edəcək. Biz normal qidalanmağı və xəstəliklərdən müalicə olunmağı öyrənmişik. 180, 200, 120 santimetrlərindən hansının insanların boy ölçüsü olacağını söyləmək çətindir, lakin bugünkü ölçülərdən artıq olacağı dəqiqdir.

Dünyada təxminən 4000-ə yaxın dil növü var. Onların niyə bu qədər çox olması haqqında alimlərin hələ də bu vaxta qədər məlumatı yoxdur. Əsas variantlardan biri odur ki, yeni ərazilər zəbt etməklə insanlar qruplaşaraq ayrı tayfalar yaratmaq məcburiyyətində qalırdılar. Bu tayfalar biri-birindən uzaq qalmağa məruz qalırdılar və biri-biriləri ilə ünsiyyət qura bilmirdilər. Tayfalar icmaya, icmalar sivilizasiyaya qədər böyüdülər.

Hər şeyi qloballaşma dəyişdi. Vacib deyil hansı məsafədə insanlar yaşayır, onlar internet vasitəsilə əlaqə saxlayır və ya telefon ilə danışırlar. Təyyarələr, qatarlar, gəmilər, avtomobillər planeti bir yerə toplayıb.

Könül Əliyeva, “İki sahil"