04 iyul 2018 19:13
1013

PKK-nın düşərgələri və silah anbarları məhv edilib

Türkiyə hərbi hava qüvvələrinin iki gün ərzində keçirdiyi əməliyyatlar zamanı PKK-nın Şırnak, Şimali İraqdakı Qəndil, Avasin-Basyan və Qara bölgələrində çoxlu sayda düşərgələri və silah anbarları məhv edilib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına əsasən hərbi əməliyyatlar nəticəsində 11 terrorçu məhv edilib.