05 iyul 2018 20:45
807

“Neftçi”nin son sınağı

2018/19 mövsümünün hazırlıqlarını davam etdirən “Neftçi” bu gün növbəti yoxlama oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, Türkiyədə təlim-məşq toplanışı keçirən Bakı təmsilçisi Rumıniyanın “Politexnika” klubu ilə qarşılaşacaq.

“Ağ-qaraar” qonşu ölkədə 4-cü matçına çıxacaq. Bunadək üç oyun keçirən Roberto Bordinin yetirmələri Avropa Liqası öncəsi son sınaqda qüvvəsini sınayacaq.

Bütün yoxlama görüşlərində qələbə qazanan “Neftçi” bu uğurlu seriyanı rumıniyalılarla görüşdə də davam etdirmək əzmindədi. Azərbaycanın ən titullu klubu bunadə “Şkupi (Makedoniya, 2:0), “Dunarea Kaıaraşi” (Rumıniya, 2:0) və “Çelik”ə (Bosniya və Herseqovina, 4:1) qalib gəlib.

Yoxlama oyunu

5 iyul

18:00. “Neftçi” – “Politexnika” (Rumıniya