05 iyul 2018 22:47
1040

Cəbhənin ön xəttində yeni inşa edilmiş infrastrukturun açılışı olub

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhənin ön xəttində inşa edilmiş infrastrukturun açılışında iştirak ediblər.

"İki sahil" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni qərargah binası, əsgər yataqxanası və yeməkxanada yaradılan şəraitlə tanış olan Müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verib.