09 iyul 2018 20:32
882

"Neftçi"nin bazasına THY-nin adı verilib

"Neftçi" klubuna məxsus İsmət Qayıbov adına təlim-məşq bazasının adı dəyişdirilib. 

Klubdan "Report"a verilən məlumata görə, idman qurğusu bundan sonra Türk Hava Yolları (THY) Məşq Mərkəzi adlandırılacaq. Bu dəyişiklik "Neftçi" və THY arasında bu gün bağlanan müqaviləyə əsasən gerçəkləşib. 

Eyni zamanda klub məşqə üzərində "Türk Hava Yolları" yazılmış formalarla çıxacaq.