11 iyul 2018 22:37
1357

DİM müsahibənin keçirilmə qaydalarına dair növbəti təlim keçirib

Dövlət İmtahan Mərkəzində (DİM) iyulun 11-də “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda növbəti təlim keçirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, təlimdə Azərbaycan Respublikası Hesablama Palatası aparatının inzibati rəhbər vəzifəli dövlət qulluqçuları iştirak ediblər. Təlim müsahibə üçün xarakterik olan xüsusiyyətlər, müsahibəyə hazırlıq, namizədin vəzifəyə uyğunluğunun qiymətləndirilməsi meyarları və digər mövzuları əhatə edib.

Təlim DİM-in dövlət qulluğu məsələləri və insan resursları şöbəsinin əməkdaşları tərəfindən aparılıb.

Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.