18 avqust 2018 15:21
1030

"Fitch": Rusiya iqtisadiyyatı ABŞ-ın yeni sanksiyalarının öhdəsindən gələ bilib

Rusiya iqtisadiyyatı ABŞ-ın yeni sanksiyalarının öhdəsindən gələ bilib.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə "Fitch" Beynəlxalq Reytinq Agentliyi məlumat yayıb. 

Belə ki, "Fitch" Rusiyanın reytinqini "BBB-" səviyyəsində, müsbət proqnozlaşdırıb. Amma ekspertlər əvvəllər məhdudlaşdırıcı tədbirlərin Rusiya iqtisadiyyatında qeyri-sabitliyə gətirib çıxardığını bildirirdilər. 

Həmçinin, "Fitch" Beynəlxalq Reytinq Agentliyi Rusiya ÜDM-nin böyüməsinin ilin sonuna kimi 1,8 % olacağını ehtimal edir. 

Xatırladaq ki, bu ilin aprelindən ABŞ Rusiyaya qarşı növbəti sanksiyalar tətbiq edib.