04 sentyabr 2018 20:30
3403

Etibar Pirverdiyev vəzifəsindən azad edildi

Prezident İlham Əliyev Etibar Pirverdiyevi “Azərenerji” ASC-nin prezidenti vəzifəsindən azad edib

Prezident İlham Əliyev Etibar Pirverdiyevin “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Etibar Sinabəddin oğlu Pirverdiyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilsin.