19 sentyabr 2018 21:01
2158

20 sentyabr - Azərbaycanın neft-qaz sahəsinin dirçəlişinin başlanğıcıdır

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı “Neft Daşları NQÇİ” ərazi ilk partiya təşkilatında Azərbaycan neftçilərinin peşə bayramı münasibətilə “20 sentyabr - Azərbaycanın neft-qaz sahəsinin dirçəlişinin başlanğıcıdır” adlı tədbir keçirilib. Bu barədə YAP Pirallahı rayon təşkilatından məlumat verilib.

YAP Pirallahı rayon təşkilatının sədr müavini, “Neft Daşları NQÇİ” ərazi ilk partiya təşkilatının sədri Qoçalı Mahmudov bildirib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış “Əsrin müqaviləsi” respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazılıb. Bu müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir. Q.Mahmudov, həmçinin Azərbaycanın həyata keçirdiyi neft strategiyasından, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı mühüm roldan danışıb.

Sonra bir qrup şəxsə YAP Pirallahı rayon təşkilatının fəxri fərmanları təqdim olunub.

Tədbir konsert proqramı ilə davam edib.