20 sentyabr 2018 15:32
1751

Səyyar "ASAN xidmət" Çilov adasındadır

Sentyabrın 20-də “Neftçilər günü” münasibətilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və “ASAN xidmət”in birgə təşkilatçılığı ilə tədbir təşkil olunub.

"Report" xəbər verir ki, tədbir çərçivəsində Çilov adasında SOCAR-ın tabeliyində olan qurumlarda çalışan bir qrup neftçiyə və onların ailə üzvlərinə Səyyar "ASAN xidmət" təqdim edilib. 

Vətəndaşlar tədbir çərçivəsində şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi, dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, eləcə də “Azəriqaz” İB-nin xidmətlərindən yararlanıblar.

Səyyar "ASAN xidmət"in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.