24 sentyabr 2018 17:59
1437

Bakıda avtobusun altında qalan şəxs öldü

Bakıda avtobusun vurduğu piyada ölüb.

Publika.az Daxili Işlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 15-də saat 16 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Pərviz Quliyev idarə etdiyi “Daewoo” markalı 185 saylı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Miqdat Kuxmazovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada sentyabrın 22-də orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.