26 sentyabr 2018 01:25
1627

Amerikalı diplomat Madaqaskarda həlak olub

Birləşmiş Ştatların Madaqaskarda peşəkar diplomatı həlak olub. Bununla bağlı məlumat verən Dövlət Departamentinin mətbuat katibi Hizer Noyert əlavə edib ki, amerikalının ölümündə şübhəli bilinən şəxs saxlanılıb və yerli hakimiyyət nümayəndələri ilə ABŞ-ın rəsmi şəxsləri təhqiqat aparırlar.

AZƏRTAC xəbər verir ki, adı bilinməyən diplomatın meyiti cümə günü gecə saatlarında öz evində tapılıb. Onun ölüm səbəbləri hələ ki açıqlanmır. H.Noyert mərhumun ailəsinə və ABŞ-ın Antananarivudakı səfirliyinin əməkdaşlarına başsağlığı verib. O, ailə üzvlərinə hörmət əlaməti olaraq və istintaqın davam etməsi səbəbindən insidentlə bağlı əlavə məlumat verməkdən imtina edib.