16 oktyabr 2018 20:29
1709

15 milyon dollarlıq revanş

Makqreqor revanş üçün Nurməhəmmədova 15 milyon dollar təklif edib

Rusiyalı qarışıq üslub döyüşçüsü Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqorla revanş döyüşündən imtina edib.

AZƏRTAC “Sport-express” nəşrinə istinadla xəbər verir ki, bunu rusiyalı idmançının əmisi Aleks Nurməhəmmədov deyib. “O, Həbib üçün maraqlı deyil. Həbib heç bir pul müqabilində onunla döyüşə çıxmayacaq. Mən bilirəm ki, onlar Həbibi revanşa çağırır və razılaşacağı təqdirdə 15 milyon dollar təklif edirlər. Qoy Konor növbəyə dursun, başqaları ilə döyüşsün. Həbib isə Ferqüsonla döyüşmək istəyir və sonra karyerasını başa vurmağı düşünür”, - deyə o bildirib.

Xatırladaq ki, oktyabrın 6-da Las-Veqas şəhərində Nurməhəmmədov Makqreqor üzərində qələbə qazanaraq yüngül çəkidə UFC titulunu qoruyub.

Döyüş qurtardıqdan dərhal sonra baş dava-dalaş baş verib. Hazırda Nevada ştatının Atletika Komissiyası insidenti təhqiq edir.